Hizmet şartları
BÖLMƏ 1 — GİRİŞ VƏ HESAB
Bu Şərtləri qəbul etməklə yaşadığınız ölkənin qanunlarına əsasən yetkinlik yaşına çatdığınızı təsdiq edirsiniz. Əgər azyaşlı şəxslərin sizin nəzarətiniz altında xidmətlərdən istifadə etməsinə icazə verirsinizsə, buna görə məsuliyyət daşıyırsınız.
Saytımızdan istifadə etmək və ya məhsul sifariş etmək üçün sizdən müəyyən məlumatlar tələb oluna bilər. Buraya ad, soyad, e-poçt ünvanı, telefon nömrəsi, çatdırılma ünvanı və ödəniş məlumatları daxildir. Təqdim etdiyiniz bütün məlumatların düzgün, tam və aktual olduğunu təsdiq edirsiniz.
Hesab məlumatlarınızın məxfiliyinə görə yalnız siz məsuliyyət daşıyırsınız. Hesabınız vasitəsilə edilən bütün əməliyyatlara görə məsuliyyət sizə aiddir. Hesabınızı başqa şəxslərə ötürmək, satmaq və ya paylaşmaq qadağandır.
BÖLMƏ 2 — MƏHSULLARIMIZ
Saytda təqdim olunan məhsulların şəkillərini, rənglərini və təsvirlərini mümkün qədər düzgün göstərməyə çalışırıq. Lakin istifadə etdiyiniz cihazın ekran xüsusiyyətlərinə görə məhsullar fərqli görünə bilər.
Məhsul təsvirləri, qiymətlər və stok məlumatları əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. İstənilən məhsulu satışdan çıxarmaq və ya müəyyən bölgələr üçün məhdudlaşdırmaq hüququnu saxlayırıq.
Saytda göstərilən məhsul şəkilləri yalnız məlumat xarakterlidir və real məhsulda kiçik fərqlər ola bilər.
BÖLMƏ 3 — SİFARİŞLƏR
Sayt üzərindən sifariş verdiyiniz zaman məhsulu almaq üçün müraciət etmiş olursunuz. Nagify sifarişləri qəbul etmək və ya ləğv etmək hüququnu saxlayır.
Sifariş yalnız ödəniş təsdiqləndikdən sonra qüvvəyə minir. Sifariş məlumatlarınızı tamamlamazdan əvvəl diqqətlə yoxlamağınız tövsiyə olunur. Sifariş təsdiqləndikdən sonra dəyişiklik və ya ləğv mümkün olmaya bilər.
Sifariş qəbul edilmədikdə və ya ləğv edildikdə sizinlə təqdim etdiyiniz əlaqə vasitələri üzərindən əlaqə saxlanıla bilər.
Məhsullar yalnız Qaytarma və Geri Ödəniş siyasətimizə uyğun şəkildə dəyişdirilə və ya geri qaytarıla bilər.
Məhsulları şəxsi istifadə məqsədilə aldığınızı təsdiqləyirsiniz. Yenidən satış və ya kommersiya məqsədli istifadə qadağandır.
BÖLMƏ 4 — QİYMƏTLƏR VƏ ÖDƏNİŞ
Saytda göstərilən bütün qiymətlər əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Kampaniyalar və endirimlər məhdud müddət üçün keçərli ola bilər.
Qiymətlərə çatdırılma, gömrük və digər əlavə xərclər daxil olmaya bilər. Bu xərclər sifariş zamanı ayrıca göstərilə bilər.
Siz təqdim etdiyiniz ödəniş məlumatlarının doğru olduğunu və istifadə etdiyiniz bank kartının sizə məxsus olduğunu təsdiqləyirsiniz.
Nagify şübhəli və ya təhlükəli hesab edilən sifarişləri ləğv etmək hüququnu saxlayır.
BÖLMƏ 5 — ÇATDIRILMA VƏ TESLİMAT
Çatdırılma müddətləri təxmini göstərilir və zəmanət verilmir. Kargo şirkətləri, hava şəraiti, gömrük prosedurları və digər səbəblərdən gecikmələr yarana bilər.
Məhsul kargo şirkətinə təhvil verildiyi andan etibarən məsuliyyət alıcıya keçir.
Yanlış ünvan təqdim edilməsi səbəbindən yaranan problemlərə görə məsuliyyət daşımırıq.
BÖLMƏ 6 — ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI
Saytda yerləşdirilən bütün məzmunlar, şəkillər, videolar, dizaynlar, loqolar, mətnlər və digər materiallar Nagify və ya tərəfdaşlarına məxsusdur və müəllif hüquqları ilə qorunur.
Bu materialları əvvəlcədən yazılı icazə olmadan kopyalamaq, yaymaq, dəyişdirmək və ya kommersiya məqsədilə istifadə etmək qadağandır.
BÖLMƏ 7 — ÜÇÜNCÜ TƏRƏF XİDMƏTLƏRİ
Saytımızda üçüncü tərəflərə aid xidmətlər və alətlər təqdim oluna bilər. Bu xidmətlərin fəaliyyətinə və məzmununa görə məsuliyyət daşımırıq.
İstifadəçilər üçüncü tərəf xidmətlərindən istifadə zamanı həmin platformaların şərtləri ilə tanış olmalıdırlar.
BÖLMƏ 8 — ÜÇÜNCÜ TƏRƏF KEÇİDLƏRİ
Saytda başqa saytlara yönləndirən keçidlər ola bilər. Həmin saytların məzmununa, təhlükəsizliyinə və xidmətlərinə görə məsuliyyət daşımırıq.
Başqa saytlardan istifadə tamamilə istifadəçinin məsuliyyətindədir.
BÖLMƏ 9 — SHOPIFY İLƏ ƏLAQƏ
Nagify mağazası Shopify platforması üzərində fəaliyyət göstərir. Lakin məhsulların satışı, sifarişlərin idarə olunması və müştəri xidmətləri birbaşa Nagify tərəfindən həyata keçirilir.
Shopify sifarişlər, məhsullar və ya istifadəçi ilə bağlı yaranan problemlərə görə məsuliyyət daşımır.
BÖLMƏ 10 — MƏXFİLİK SİYASƏTİ
İstifadəçilərdən toplanan bütün şəxsi məlumatlar Məxfilik Siyasətimizə uyğun şəkildə qorunur və istifadə olunur.
Saytdan istifadə etməklə şəxsi məlumatlarınızın emal edilməsinə razılıq vermiş olursunuz.
BÖLMƏ 11 — RƏYLƏR VƏ GERİ BİLDİRİMLƏR
İstifadəçilər tərəfindən göndərilən rəylər, təkliflər və digər məlumatlar xidmətlərin inkişaf etdirilməsi və marketinq məqsədilə istifadə oluna bilər.
Təhqiredici, qanunsuz və ya başqalarının hüquqlarını pozan məzmun paylaşmaq qadağandır.
Nagify uyğun olmayan məzmunu silmək hüququnu saxlayır.
BÖLMƏ 12 — XƏTALAR VƏ YANLIŞLIQLAR
Saytda məhsul təsviri, qiymət və stok məlumatlarında texniki səhvlər və ya yanlışlıqlar ola bilər.
Belə hallarda məlumatları düzəltmək və sifarişləri ləğv etmək hüququnu saxlayırıq.
BÖLMƏ 13 — QADAĞAN OLUNMUŞ İSTİFADƏ
Saytdan qanunsuz fəaliyyətlər, spam, saxta məlumat yaymaq, virus yerləşdirmək və sistemə zərər vermək məqsədilə istifadə etmək qəti qadağandır.
Qaydaları pozan istifadəçilərin hesabları xəbərdarlıq edilmədən bloklana bilər.
BÖLMƏ 14 — XİDMƏTLƏRİN DAYANDIRILMASI
Nagify istənilən vaxt istifadəçilərin xidmətlərə girişini məhdudlaşdırmaq və ya hesabı bağlamaq hüququnu saxlayır.
BÖLMƏ 15 — ZƏMANƏTİN İNKARI
Sayt və xidmətlər “olduğu kimi” təqdim olunur. Xidmətlərin fasiləsiz, təhlükəsiz və səhvsiz işləyəcəyinə tam zəmanət verilmir.
BÖLMƏ 16 — MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI
Nagify saytın istifadəsi nəticəsində yaranan dolayı və ya birbaşa zərərlərə görə məsuliyyət daşımır.
BÖLMƏ 17 — TƏZMİNAT
Bu Şərtlərin pozulması nəticəsində yaranan hüquqi məsuliyyət və xərclər istifadəçinin üzərinə düşür.
BÖLMƏ 18 — BÖLÜNƏBİLƏNLİK
Bu Şərtlərin hər hansı hissəsi etibarsız hesab edilərsə, digər hissələr qüvvədə qalmağa davam edəcəkdir.
BÖLMƏ 19 — QANUNVERİCİLİK
Bu Şərtlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə tənzimlənir və şərh olunur.
BÖLMƏ 20 — ŞƏRTLƏRDƏ DƏYİŞİKLİKLƏR
Nagify bu Şərtləri istənilən vaxt yeniləmək hüququnu saxlayır. Yenilənmiş versiya sayt üzərində paylaşılır və paylaşım anından qüvvəyə minir.
ƏLAQƏ
Xidmət Şərtləri ilə bağlı suallar üçün bizimlə əlaqə saxlaya bilərsiniz: